...

Sloveniya Cənub Qaz Dəhlizini idxal variantlarından biri kimi nəzərdən keçirir

Energetika Materials 17 Noyabr 2022 10:25 (UTC +04:00)
Sloveniya Cənub Qaz Dəhlizini idxal variantlarından biri kimi nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniya Mərkəzi və Cənub-Şərqi Avropada qaz tədarükü mənbələrinin şaxələndirilməsinə xidmət edəcək bütün səyləri dəstəkləyir.

Bunu bu gün Trend-ə Sloveniyanınn infrastruktur naziri Boyan Kumer deyib.

O qeyd edib ki, bu, Ukraynada hazırkı vəziyyət fonunda xüsusilə vacibdir, belə ki, Sloveniya alternativ qaz tədarükü mənbələri axtarışındadır.

"Cənub Qaz Dəhlizi ilə qaz tədarükü, nəzərdən keçirilməli olan variantlardan biridir. Biz qeyri-müəyyən və mürəkkəb dövrdə yaşayırıq. Ukraynadakı vəziyyət bizi qaz idxalı və tədarükü strategiyasını təkrar nəzərdən keçirməyə vadar etdi. Biz artıq qaz tədarükünün azaldılması üzrə tədbirlər görmüşük. Bizim qaz idxalımız stabil qalır və hələlik tədarüklə bağlı kəskin fasilələr olmayıb. Bununla belə, biz alternativ mənbələrdən qaz tədarükünün təmin olunması üzərində işləyirik", - nazir bildirib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti