...

Bakıda "yaşıl" enerji mövzusunda forum keçirilib (FOTO)

Energetika Materials 29 Noyabr 2022 23:35 (UTC +04:00)
Bakıda "yaşıl" enerji mövzusunda forum keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 29-da Bakıda "Caspian Hydrogen Development Group" şirkətinin təşkilatçılığı ilə "Yaşıl" hidrogen və bərpa olunan enerji" mövzusunda forum keçirilib.

Trend-in məlumatına görə, forum zamanı Azərbaycanda davamlı inkişaf layihələri vasitəsilə “təmiz” enerjiyə keçid, külək enerjisi və təmiz hidrogen istehsalı, o cümlədən Qaradağda külək təsərrüfatı layihəsinin həyata keçirilməsində irəliləyiş kimi məsələlər müzakirə edilib.

"Caspian Hydrogen Development Group" şirkətinin sədri Teymur Abbasovun sözlərinə görə, Azərbaycan tarixən neft və qaz istehsalçısı olsa da, ölkənin "yaşıl" enerji istehsalı üçün də böyük potensialı var.

O, Azərbaycanın atmosferə emissiyaların azaldılması istiqamətində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu vurğulayıb.

Xüsusilə tədbirdə çıxış edənlər “yaşıl” hidrogen istehsalının ölkə üçün əhəmiyyətini qeyd ediblər. Yaşıl enerji layihələri 2050-ci ilə qədər istixana qazı tullantılarının 40 faiz azaltmağa kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti