...

Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür - "ExxonMobil"in keçmiş vitse-prezidenti

Energetika Materials 10 Mart 2023 15:10 (UTC +04:00)
Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür - "ExxonMobil"in keçmiş vitse-prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji təhlükəsizliyində rolu böyükdür.

Trend-in məlumatına görə, bu barədə ExxonMobil-in keçmiş vitse-prezidenti Jean Baderschneider X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, Azərbaycan ilk və bəlkə də yeganə hidrogen qovşaqlarından biri olmaq imkanına malikdir. “Azərbaycanda külək, günəş və digər enerjinin inkişafı üçün gözəl imkanlar var. Azərbaycan kiçik ölkə olsa da, enerji resursları məsələsinə böyük sərmayə qoyur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti