...

İYUNDA "HEYDƏR ƏLİYEV ADINA" BAKI NEFT EMALI ZAVODUNUN NEFT MƏHSULLARININ İXRACI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ AZALIB

Energetika Materials 1 İyul 2005 17:26 (UTC +04:00)

Birinci yarım ildə Azərbaycan Dövlət Neft Şirkətinin (AR DNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi (MİƏİ) "H.Əliyev adına" Bakı neft emalı zavodundan (keçmiş "Azərneftyanacaq") 460,1 min ton müxtəlif neft məhsulları ixrac edib ki, bu da 2004-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 41,5 min ton çoxdur. Bu barədə Trend ə neft emalı zavodunun daxil olduğu AR DNŞ-dən məlumat veriblər.

İyunda AR DNŞ MİƏİ-nin neft məhsullarının ixracı 107,4 min ton təşkil edib ki, bu da 2004-cü ilin iyunu ilə müqayisə 40,4 tıs. ton çox, 2005-ci ilin mayı ilə müqayisədə 39,7 min ton azdır. İyun ayına nisbətən mayda ixracın azalmasının əsas səbəbi "HöƏliyev adına" neft emalı zavodunda avtomobil benzininin istehsalı üçün lazım olan naftın emal edilməməsidir.Nazirlər Kabinetindən digər neft emalı zavoduna Azerneftyaga iyun və iyul aylarında bütün naftın emalını və benzinin alınmasını Azərkimya Dövlət Şirkətinə verilməsi tapşırılıb. Bununla yanaşı, iyunda " Heydər Əliyev adına" neft emalı zavodunda əlavə mazut istehsal olunmayıb.

AR DNŞ-in məlumatına görə, iyunda neft məhsulları dünya bazarında aşağıdakı qiymətlərə satılıb (FOB MED (Italy)): avtomobil benzininin 1 tonu 509,61 dollar (may ayında qiyməti 54,17 dollar), aviasiya yanacağı-tonu 552,49 dollar (56,81 dollar), dizel yanacağı - 505,13 dollar (69,34 dollar).

ARDNŞ MİƏİ-nin yanvar-iyun aylarında neft məhsullarının ixracı üzrə ümumi cədvəli belədir:

Adı

Ynvar-iyun 2005 q.

+/- yanvar -iyun 2004-ci il

iyun 2005-ci il

+/- k maö 2005 -ci ilin mayına qədər

Avtomobil benzini

157,4

6,2

38

-13,7

Dizel yanacağı

202,2

8,7

40,6

-30,1

Aviasiya kerosini

93,7

24,4

25,9

3,2

Butan

6,7

2,6

2,8

0,9

Cəmisi

460,1

41,5

107,4

-39,7

Xəbər lenti

Xəbər lenti