...

2007-Cİ İLƏDƏK AZƏRBAYCAN ON ƏN BÖYÜK NEFT-QAZ YATAĞINI YENİDƏN QİYMƏTLƏNDİRƏCƏK

Energetika Materials 2 İyul 2005 13:55 (UTC +04:00)

AR Sənaye və Energetika Nazirliyindən Trend ə verilən məlumata əsasən, 2007-ci ilədək ona yaxın ən böyük neft-qaz yatağı "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət proqramı (2005-2015)" çərçivəsində yenidən qiymətləndiriləcək.

"Yenidən qiymətləndirməni onşor və offşor yatağlarda aparmaq planlaşdırılır. Bu işlərin nəticəsi hasilat üçün lazım olan karbohidrat ehtiyatlarının və kapital qoyulauşlarının həcmi üzrə daha dəqiq məlumat almağa imkan verəcək", - deyə nazirlikdən bildiriblər.

Hazırda geoloqların hesablamalarına görə, Azərbaycanın neft balansında sənaye əhəmiyyətli ehtiyatların həcmi 3,7 mlrd ton təşkil edir. Onun 1,7 mlrd tonu hasil olunandır. Dövlət proqramına müvafiq olaraq, 2016-cı ilə qədər ölkədəki bütün yataqların yenidən qiymətləndirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti