...

AZƏRIKIMYA DŞ STİROLUN ALINMASI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 2 İyul 2005 15:32 (UTC +04:00)

Azərkimya Dövlət Şirkətinin tərkibinə daxil olan Sintezkauçuk zavodu 150 ton həcmində stirolun alınması üzrə tender elan edib. Trend agentliyinin məlumatına əsasən, stirolun alınmasını cari il ərzində gerçəkləşdirmək planlaşdırılır.

Maraqlanan şirkətlər tenderdə iştirak üçün 1,5 mln manat həcmində vəsait köçürməli və təkliflərini avqustun 11-dək təqdim etməlidir.

Tender təklifləri avqustun 12-də Sumqayıtda yerləşən Sintezkauçuk zavodunda açılacaq.

2005-ci ildə yanvar-may aylarında Azərkimya ötən illə müqayisədə bəzi kimyəvi məhsulların istehsalını artırıb. AR Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2005-ci ilin beş ayı ərzində ötən ilin yanvar-may ayına nisbətən azotun istehsalı (14,4%), xlor oksidi (72%) və kaustik soda (8,9%) artıb.

Xəbər lenti

Xəbər lenti