...

ANSHAD PETROL ARDNŞ-Ə 14 MLN. M3 SƏRBƏST QAZ SATIB

Energetika Materials 4 İyul 2005 14:36 (UTC +04:00)

Anshad Petrol Birgə Müəssisəsi (SM) 2005-ci ilin yanvar-iyun aylarında Azərbaycan Dövltə Neft Şirkətinə (ARDNŞ) 14,3 milüon kub metr sərbəst qaz satıb ki, bu da 2004-cü ilin altı ayında olduğundan 9,2 milyon kub metr çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat veriblər.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" quyularından qaz hasil edir. Birgə Müəssisədən sərbəst qaz satışı 2004-cü ilin aprelin əvvəllərində 2 milyon kub metr təşkil edirdi.

ARDNŞ-in məlumatına görə, iyunda Anshad Petrol 1,4 milyon kub metr qaz satıb ki, bu da may ayında reallaşdırıldığından 0,5 milyon kub metr azdır. ARDNŞ Anshad Petroldan 65 min AZ manatına alır ( 1 kubmetri 13/1 min dollar) və "Azeriqaz" Qapalı Səhmdar Cəmiyyətinə satır ki, o da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aznəqlqaz" İB vasitəsilə bölüşdürür.

Anshad Petrol birgə müəssisəsi 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla şirkəti arasında mazalanmış müqavilə əsasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti