...

QAZAXISTAN NEFTİ OLMADAN BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ RENTABELLİ OLMAYACAQ

Energetika Materials 5 İyul 2005 17:05 (UTC +04:00)

"Qazıxıstan nefti olmadan Bakı-Tbilisi-Cjeyhan (BTC) neft kəməri gəlirli olmayacaq". Bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirinin müşaviri Baqdat Seyballatov Trend ə ekskluziv müsahibəsində bildirib.

Diplomat bildirib ki, "Qazaxıstan rəhbərliyinin BTC layihəsində iştirakı məsələsi üzrə siyasi qərara malikdir. Layihənin yalnız texniki hissəsini reallaşdırmaq qalır".

Qazaxıstan səfirinin müşaviri bildirib ki, Astana xarici siyasətdə olduğu kimi enerjinin nəqli sahəsində çoxsahəli siyasət yeridərək enerji daşıyıcılarını bütün istiqamətlərə ixrac edir. Məsələn, cari ilin sonlarında tikintisi başa çatacaq Çinə boru kəməri ilə ildə 20 milyon ton qazax neftinin nəqli nəzərdə tutulub.

"Azərbaycan son dörd ildə hər il 15,7-15,9 milyon tona yaxın neft hasil etdiyi halda, Qazaxıstanda bu, 60 milyon tonu ötüb keçir", -deyə qeyd edən diplomat bildirib ki, yaxın 10 ildə Astana neft hasilatını 150 milyon tona çatdırmağı nəzərdə tutub ki, bu zaman ona daxili ehtiyacları üçün 20-25 milyon ton neft məhlsulu kifayətdir.

"Bakı-Tbilisi-Ceyhan neft kəməri illik 50 milyon ton neftin nəqli üçün nəzərdə tutulub" -deyə B.Seybattalov qeyd edib. Əlavə nasos qurğularının quraşdırılacağı və neft məhsullarının daşınması həcminin artağacı halda həmin neft kəməri özünün texniki parametrlərinə görə ildə 80-85 milyon ton neft nəql etmək imkanına malikdir. Məhz bu, Qazaxıstan neftini tələb edir.

Sonda diplomat qeyd edib ki, xüsusilə tarif və işin maliyyə tərəfinə toxunan digər məsələlərlə bağlı müqavilənin texniki detalları hazırlanan zaman, rəsmi Astana Qazaxıstanın neft sahəsində cəlb olunmuş xarici şirkətlərin və investorların fikirləri nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti