...

BAKU STEEL COMPANY-NİN İDDİASI ÜZRƏ DİNLƏMƏLƏR TƏXİRƏ SALINIB

Energetika Materials 7 İyul 2005 17:32 (UTC +04:00)

İyulun 7-də Səbail məhkəməsində Bakı Baş Tikinti İdarəsinin keçmiş rəhbəri, Azərbaycanın əməkdar inşaatçısı Emil Axundovla Baku Steel Company arasında çəkişmə üzrə məhkəmənin keçiriləcəyi gözlənilirdi. Baku Steel Company -nin hüquqşünası Nazim Əliyevin Trend ə verdiyi məlumata görə, iyulun 7-də hakimin qərarı ilə dinləmələr qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Onun sözlərinə görə, yalnız məhkəmə tərəfindən rəsmi məlumat verildikdən sonra şirkət işlə bağlı dinləmələrin dəqiq vaxtını biləcək.

Qeyd edək ki, Baku Steel Company ANS telekanalında çıxışına görə E.Axundova qarşı məhkəməyə şikayət ərizəsi təqdim etmişdi. Şirkət belə hesab edir ki, həmin çıxışı zamanı E.Axundov ona heç vaxt bu müəssisənin məhsullarının keyfiyyət sertifikatı ilə tanış ola bilmədiyini söyləməsi Baku Steel Company-nin işgüzar nüfuzuna ciddi xələl gətirib.

Yuxarıda adı çəkilən keyfiyyət sertifikatı bir qədər əvvəl, cari ilin mayında keçirilən mətbuat konfransında ictimaiyyəti və yerli KİV nümayəndələrinin məlumatlandırmaq üçün şirkətin əməkdaşları tərəfindən nümayiş etdirilmişdi.

Xəbər lenti

Xəbər lenti