...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ "AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ"DƏN NEFT HASİLATINI ARTIRIB

Energetika Materials 7 İyul 2005 18:44 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun ayları ərzində "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda çalışan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsindən 5,048 milyon ton Azeri Light nefti hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 1,84 milyon ton çoxdur.

2005-ci ilin yanvar-iyun aylarında ABƏŞ hasil olunan neftin ümumi həcmdən 3,492 milyon tonunun "Çıraq" yatağından və 1,556 milyon ton isə "Azəri"nin mərkəzi hissəsindən hasil edib. ABƏŞ "Azəri"dən ilk neft hasilatına 2005-ci il fevralın 13-də başlayıb.

ABƏŞ-dən "Tpend"ə verilən məlumata görə, AÇG ("Azəri" üstəgəl "Çıraq") 1,121 milyon ton neft hasil edib. Bu zaman "Çıraq"dan 567,166 min ton, "Azəri"dən isə 553,917 min ton neft hasil edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilk yarım ildə qurudakı və dənizdəki yataqlardan 4472 min ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayisədə 2,7 min ton (və ya 0,1%) azdır.

Xəbər lenti

Xəbər lenti