...

HÜSEYN ARABUL: BARMEK AZERBAYCAN AZERENER-YƏ 300 MİLYON DOLLARA YAXIN VƏSAİT ÖDƏYİB

Energetika Materials 11 İyul 2005 14:26 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerpji bölüşdürmə şəbəkəsinin operatoru) indiyə kimi aldığı elektrik enerjisinə görə Azerenerji Açıq Səhmdar Cəmiyyətinə 1,4 trilyon manat (297 milyon dollardan çox ) vəsait ödəyib. Bu barədə iyulun 11-də Barmek Azerbaycan-ın prezidenti Hüseyn Arabul bəyan edib.

Onun sözlərinə görə, hər ay şirkət orta hesabla SC-ə 40 milyard manat vəsait ödəyir. "Cari ildə biz müqaviləyə görə Azerenerji-ə alınan elektrik enerjisinin 75% dəyərini ödəməli idik. İndiyə kimi biz bundan çox vəsait ödəmişik.

Buna görə də SC-in guya aldığımız elektrik enerjisinin haqqını ödəməməyimizlə bağlı iddiaları əsassızdır, həqiqətə uyğun deyil ", - deyə o bildirib.

2004-cü ildə Barmek Azerbaijan aldığı elektrik enerjisinə görə SC-ə 463,2 milyad manat (98,5 milyon dollar) ödəyib. 2003-cü ildə ödəmələrin həci 382 milyapd manat (81,2 milyon dollar ), 2002 -ci ildə 342 milyard manat (72,7 milyon dollar) təşkil edib.

H.Arabul qeyd edib ki, Azərbaycan hökuməti ilə bağlanmış müqaviləyə görə Barmek Azerbaycan elektrik enerjisini başqa mənbədən də ala bilər.

"Bu Rusiya və ya Ukrayna ola bilər. Lakin Azerenerji bizə elektrik enerjisini ucuz qiymətə - 1 kVt/s üçün 1,5 sentə satır. Rusiyada elektrik enerjisi iki dəfə (2,5-3 sent) bahadır. Əgər biz elektrik enerjisini başqa mənbədən alsaq, onda satış tarifləri bahalaşmalıdır", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti