...

ETILEN-POLIETILEN ZAVODUNDA YENİDƏNQURMA İŞLƏRİ ÜZRƏ TENDER ELAN OLUNUB

Energetika Materials 11 İyul 2005 18:01 (UTC +04:00)

Azerikimya Dövlət Şirkəti (DŞ) Etilen-polietilen zavodunda "Azərkimya" layihə institutunun işləyib hazırladığı ""M-1 turbokompressorun antipomraj tənzimləmə və avtomatik idarəetmə sistemi"nin işləyib hazırladığı texniki sənədlər əsasında yenidənqurma işlərinin keçirilməsi üzrə tender elan edib.

Trend in məlumatına görə, yenidənqurma işləri kabellərlə təchizat, polad borular, elektrotexniki vasitələrlə bağlı işləri nəzərdə tutur.

Tenderdə maraqlı olan şəxslər 1 milyon manat (213 dollara yaxın) həcində hesaba pul keçirməlidirlər və avqustun 12-nə kimi öz sənədlərini, tenderlə bağlı təkliflərini avqustun 18-nə kimi təqdim etməlidirlər. Tender prosedurası avqustun 22-də Etilen-polietilen zavodunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti