...

BARMEK 110 KİLOVOLTLUQ "NƏRİMANOV" YARIMSTANSİYASININ İNŞASINI GƏLƏN İLƏ QƏDƏR TƏXİRƏ SALIB

Energetika Materials 12 İyul 2005 16:17 (UTC +04:00)

Barmek Azərbaycan şirkəti Yasamal rayonu ərazisində 110 kilovoltluq "Nərimanov" yarımstansiyasının tikintisi üzrə layihənin həyata keçirilməsini 2006-cı ilə qədər təxirə salıb. Bu barədə Trend agentliyinə Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, bunun səbəbi cari ildə şirkətin büdcəsinin əlavə layihələrin həyata keçirilməsinə imkan verməməsi ilə əlaqədardır. Barmek Azərbaycan şirkəti artıq 2005-ci ildə Bakıda enerji paylayıcı şəbəkənin inkişafına 12 mln dollar sərf edib.

H. Arabul qeyd edib ki, şirkət kreditlərin hesabına bu layihəni həyata keçirə biləcək. Hazırda Barmek Azərbaycan bununla bağlı AYİB-lə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti