...

AZPETROL MAYE QAZ BALONLARININ İSTEHSALINI TƏŞKİL ETMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 13 İyul 2005 17:51 (UTC +04:00)

Azərbaycanın Azpetrol və Türkiyənin Milangaz şirkətləri tərəfindən yaradılmış Azerbaycan-Türkiyə A&D birgə müəssisəsi 2005-ci ilin sonlarına kimi maye qaz balonlarının istehsalını yoluna qoymağa hazırlaşır. Bu barədə Trend ə Azpetrol-dan məlumat veriblər.

Balonların istehsalı hazırda fərdi sərmayədarların nəzarəti altında olan Bakı elektrik cihazlarının istehsalı üzrə zavodun (Azelektroterm) bazasında təşkil ediləcək.

A&D BM-nin 6 və 12 litrlik balonlar istehsal etməsi planlaşdırılır. Müəssisə həm də balonların qazla doldurulmasını və sonradan onları Azərbaycanın daxili bazarında satmağı planlaşdırır.

Azpetrol-dan bildiriblər ki, yeni layihə üçün maye qaz Bakıdan 35 kilometr cənubda yerləşən Azerbaijan Qaz Email SC-dən (Azərbaycan Qaz Emalı Zavodu (AzQEZ)) daxil olacaq. Müəssisənin layihə emal gücü ildə 6,5 milyard kubmetr təşkil edir.

Hazırda Azpetrol maye qazın satışı üçün "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) Bakı neft emalı zavoduna məxsus yanacaqdoldurma stansiyalarından istifadə edir.

Bu gün Azərbaycan bazarında 1995-ci ildə Azhərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin "Altıntaş" şirkətinin təsis etdiyi Azərbaycan-Türkiyə Azturgaz Birgə Müəssisəsi fəal iş aparır.

Xəbər lenti

Xəbər lenti