...

2005-Cİ İLDƏ AKTAU LİMANI 8,5 MİLYON TONADƏK NEFT DAŞIMAĞI PLANLAŞDIRIR

Energetika Materials 14 İyul 2005 17:38 (UTC +04:00)

Cari ildə Xəzərdə yerləşən Aktau beynəlxalq dəniz ticarət limanı 8-8,5 milyon ton neft daşımağı plandaşdırır. Bu barədə iyulun 14-də Trend ə limanın korporativ inkişaf idarəsinin rəisi Dauren Kutpanbayev məlumat verib.

Onun sözlərinə görə, ötən il Aktau limanı vasitəsilə daşınan yyklərin həcmi 9 milyon ton təşkil edib ki, bunun da 8 milyon tonu Aktau-Bakı, Aktau-Mahaçqala və Aktau -Nek marşrutu ilə nəql olunan xam neftin payına düşür.

Bu zaman Aktau-Bakı marşrutunun payına 3,5 milyon, Nekin payına 1,5 milyon ton, neftin qalan hissəsi isə Mahaçqala marşrutunun payına düşüb.

Cari ildə Aktau-Bakı və Aktau-Mahaçqala marşrutları üzrə neft daşımalarının həcmində dəyişiklik olmayacağı proqnozlaşdırıldığı halda, Aktau-Nek istiqamətində daşınmaların həcminin bir qədər artılacağı gözlənilir.

Hazırda limanın gücü 11,5 milyon ton neft daşımağa imkan verir. Limanda aparılan yenidənqurma işlərinə qədər isə limanın gücü 8 milyon ton təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti