...

AZƏRBAYCAN NEFT QAZ BORULARININ ALINMASINI DEMƏK OLAR Kİ YARIYA QƏDƏR AZALDIB

Energetika Materials 15 İyul 2005 17:29 (UTC +04:00)

2005-ci ilin yanvar-may aylarında quruda və dənizdə yerləşən yataqlarda əməliyyat aparmaq üçün Azərbaycana 78959,0 ton müxtəlif metal borular idxal edilib ki, bu da 2004-cü ilin yanvar-may aylarına nisbətən 49,8% azdır.

Dövlət Statistika Komitəsindən Trend agentliyinə verilən məlumata əsasən, göstərilən dövr ərzində 76177,6 min dollar məbləğində boru idxal edilib, bu isə 2004-cü ilin analoji dövrü ilə müqayisədə 36,6% azdır.

Azərbaycanda neft qaz əməliyyatları ilə AR DNŞ, xarici kapital qoyulmaqla və müqavilələr üzrə xarici şirkətlər, AR DNŞ BM məşğul olur.

Dövlət Statistika Komitəsində qeyd ediblər ki, 2005-ci ilin yanvar- may aylarında neft qaz kəmərləri üçün 44186,9 ton boru idxal olunub, bu isə 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 65,1% azdır. 43513,3 min dollar məbləğində idxal olunan neft qaz kəmərləri boruları 2004-cü ilin yanvar-may aylarına nisbətən 47,1% azdır.

Dövlət Statistika Komitəsində həmçinin bildiriblər ki, 2005-ci ilin beş ayı ərzində 14149,1 ton həcmində qazma boruları alınıb ki, bu da 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 17,3% azdır. Bu məhsulun idxalının ümumi dəyəri 20237,5 min dollar təşkil edib, bu isə 2004-cü ilin yanvar-may ayları ilə müqayisədə 7,6% azdır.

Xəbər lenti

Xəbər lenti