...

"HEYDƏR ƏLİYEV ADINA" QURĞU MÜQAVİLƏSİZ QALA BİLƏR

Energetika Materials 18 İyul 2005 13:51 (UTC +04:00)

Xəzərdə neft hasilatı iştirakçıları Danimarkanın Maersk şirkətinə məxsus olan "Heydər Əliyev adına" (keçmiş LIDER) qazma qürğüsünün istismarının perspektivlərinin dumanlı olacağını proqnozlaşdırırlar.

Xarici şirkətlərdəki mənbələrin Trend ə verdiyi məlumata görə, qurğu əgər Rusiyanın LUKOIL şirkətinin Xəzərin Azərbaycan sektorunda yerləşən D-222 strukturunda 2-ci kəşfiyyat quyusunu qazmaqdan imtina edərsə(həmçinin ExxonMobil də "Zəfər-Məşəl" və "Naxçıvan" yataqlarındakı mütləq kəşfiyyat quyusunu qazmaya bilər), onda qurğu bir sıra müqavilələrdən kənarda qala bilər.

Mənbələr qeyd edirlər ki, LUKOIL -un hər halda ikinci quyunu qazmaq barədə qərar qəbul edəcəyi, ExxonMobil -in isə sadəcə olaraq imtina edəcəyi haqda müəyyən perspektivlər var.

"LUKOIL -un muqavilə sahəsi yalnız təkcə bir qazılmaqda olan quyuya əsasən karbohidrogenlərin olmaması barədə yekun fikir söyləmək üçün çox böyükdür", - deyə mənbə bildirib.

Xarici şirkətlərin nümayəndələri də "Sentrkaspnefteqaz" MMC və "Kazmunayqaz" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Mərkəzi" strukturunda kəşfiyyat quyularının qazılmasında "Heydər Əliyev adına" qazma qurğusunu cəlb edəcəklərinin mümkünlüyünü bildirirlər. Quyuların qazıldığı rayonda suyun dərinliyi 440 metr təşkil edir. Quyuların laiyhə dərinliyinin 4 min metri keçəcəyi güman olunur.

"Heydər Əliyev adına" qurğu 700 metr dərinliyi olan suda qazma işləri aparır. Qurğunun işləyə biləcəyi minimal dərinlik isə 75 metrə yaxındır. Mənbələr qeyd edirlər ki, bu qurğu ilə quyuların qazılmasına 2006-cı ildə, sərbəst qazma saatlarının mövcud olduğu zaman başlanacaq. "Mrəkəzi" strukturda aparılan kəşfiyyat işləri burada 521 milyon ton şərti yanacağın olduğunu göstərir.

Qurğunun Xəzərdə fəaliyyətini dayapndıracağı təqdirdə onun Şimal dənizinə aparılacağı istisna edilmir. "Heydər Əliyev adına" qurğu 9144 metr dərinlikdə qazma işləri apara bilər və o Şimal dənizində işləmək üçün tam hazırdır.

Xəbər lenti

Xəbər lenti