...

AZƏRBAYCAN, RUSİYA VƏ İRAN ENERGETİKLƏRİ BAKIDA GÖRÜŞƏCƏKLƏR

Energetika Materials 18 İyul 2005 16:05 (UTC +04:00)

İyulun 19-20-də Bakıda Azərbaycanın, Rusiyanın və İranın energetika idarələrinin ekspert qrupunun ikinci görüşü keçiriləcək. Bu barədə Trend ə Azərenerji Səhmdar Cəmiyyətindən (SC) məlumat verilib. Görüşdə üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılmasının detalları, prinsipləri müzakirə ediləcək.

Həmin görüşdə Azərbaycanı Azərenerjinin baş mühəndisi Mərlan Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Mərkəzi Dispetçer İdarəsinin (MDİ) rəhbər işçiləri, energetika və enerji layihələrinin mütəxəssisləri iştirak edəcək.

MDİ-nin rəisi N.Yusifbəylinin sözlərinə görə, tərəfldərdən hər biri enerji şəbəkələrinin praktiki olaraq paralel işini təmin edə biləcək texniki təkliflər və sxemlər hazırlayıblar.

Bu görüş Avropa-Asiya enerji dəhlizinin yaradılmasını nəzərdə tutan iri dövlətlərarası layihənin əsas mərhələlərindən biri ola bilər.

Xəbər lenti

Xəbər lenti