...

İYUL AYINDA AR DNŞ 48 MİN TONDAN ARTIQ KREKİNQ-MAZUT GÖNDƏRİB

Energetika Materials 18 İyul 2005 16:51 (UTC +04:00)

İyul ayında Azərbaycan Dövlət Nefi Şirkəti Fransanın Total və Sinqapurun Petrofarm şirkətlərinə "Heydər Əliyev" adına NEZ-də (keçmiş Azərneftyanacag) birbaşa qovulan mazutun təkrar emalı nəticəsində alınmış 48,5 min ton krekinqlənmiş mazut göndərib. Bu barədə Trend agentliyinə NEZ-in daxil olduğu AR DNŞ-dən bildiriblər.

İyul ayında Azərneftyanacaq NEZ "Heydər Əliyev" adına NEZ-ə böyük miqdarda birbaşa qovulan mazut verəcək. Sonuncu bu mazutun emalından sonra 20 min ton avtobenzin və 75 min ton krekinqlənmiş mazut istehsal edə biləcək.

AR DNŞ-in nümayəndəsinin sözlərinə görə, bu ay Gürcüstan bazarının tələbatının ödənilməsi üçün Total şirkətinə 1000 ton krekinq - mazut göndərilib. Qalan 47,5 min ton isə Batumiyə - Petrofarm şirkətinə verilib.

Yanvar-iyun ayları ərzində "Heydər Əliyev" adına NEZ 4601,1 min ton müxtəlif neft məhsulları ixrac edib ki, bu da 2004-cü ilin birinci yarımilindən 41,5 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti