...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ AŞAĞI DÜŞÜB

Energetika Materials 19 İyul 2005 12:04 (UTC +04:00)

İyulun 18-də bir barel AZERI LT CIF neftinin qiyməti $57, 13 təşkil edib (bir barel neftin qiyməti əvvəlki qiymətə nisbətən $0,80 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 18-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $53,30 təşkil edib (bir barel neftin qiyməti əvvəlki qiymətlə müqayisədə $0,80 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

İyulun 18-də bir barel Brent (DTD) neftinin qiyməti $56,49 təşkil edib (bir barel neftin qiyməti əvvəlki qiymətlə müqayisədə $0,66 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti