...

AZƏRBAYCAN AFRİKA ÖLKƏLƏRİNƏ BENZİN SATA BİLƏR

Energetika Materials 21 İyul 2005 16:10 (UTC +04:00)

Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın azərbaycan benzinini almaqdan imtina etdiyi təqdirdə 2006-cı ildən etibarən başqa potensial yanacaq satış bazarı axtara bilər. AR DNŞ-dən Trend ə verilən məlumata görə, İranda benzinə tələbat həmişə mövcuddur. "Bundan başqa biz benzini xarici şirkətlərlə müqavilə üzrə Gürcüstanın Batumi limanından sata bilərik", - deyə AR DNŞ-dən bildiriblər.

Bu il Gürcüstanın "Saknavtobtransi" (keçmiş "Qruzneftetrans") Dövlət Şirkəti (DŞ) AR DNŞ-i yanvarın 1-dən yeni yanacaq standartlarına keçməsi barədə xəbərdar edib. Yanvarın 1-dən Gürcüstana satılan avtobenzində benzolun həcmi 1%, aromatiklərin həcmi isə 35%-dən artıq olmamalıdır. Azərbaycanın istehsal etdiyi avtobenzinlərdə benzolun həcmi 3-4%, aromatik birləşmələrin həcmi isə 37-42% təşkil edir.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, şirkətin həmçinin Ukraynaya, Qərbi və Şimali Afrika ölkələrinə də benzin ixrac etmək imkanları var.

Xəbər lenti

Xəbər lenti