...

BARMEK AZERBAYCAN ABUNƏÇİLƏRƏ XİDMƏT VƏ ONLARIN ŞİKAYƏTLƏRİ ÜZRƏ KOMİSSİYANIN 4 REGİONAL FİLİALINI LƏĞV EDƏ BİLƏR

Energetika Materials 21 İyul 2005 16:19 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) abunəçilərə xidmət və onların şikayətləri üzrə komissiyanın 4 regional filialını ləğv edə bilər.Bu barədə Trend agentliyinə Barmek Azerbaijan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda şirkət bu filialların işlərinin təhlilini aparır və bu məsələyə baxılır. "Bu gün bu işlə bağlı bizdə kifayət qədər şikayət vardır.Belə ki, abunəçilərin şikayətləri ilə bağlı bu filiallar öz işlərində pozuntulara yol verir və şirkət rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydalara riayət etmir " -deyə T.Mustafayev qeyd edib.

Şirkət nümayəndəsi hesab edir ki, şirkətin strukturunda islahatların aparılmasına zərurət vardır və bunları təkmilləşdirmək lazımdır.Komissiyanın filialları şirkətin prezidenti Hüseyn Arabulun qeyri-səmərəli fəaliyyətə görə bu yaxınlarda ləğv etdiyi 4 regional idarədə fəaliyyət göstərirdi.

Xəbər lenti

Xəbər lenti