...

ARDNŞ "GÜNƏŞLİ"DƏ AŞAĞI TƏZYİQLİ QAZIN İSTİFADƏSİ ÇƏRÇİVƏSİNDƏ KONKRET İŞLƏRƏ BAŞLAYIB

Energetika Materials 21 İyul 2005 17:35 (UTC +04:00)

ARDNŞ öz xüsusi vəsaiti hesabına neft-qaz əməliyyatları apardığı "Günəşli" yatağının azsulu hissəsində neftlə yanaşı hasil edilən aşağı təzyiqli səmt qazından məqsədyönlü istifadə layihəsi çərçivəsində konkret işlərə başlayıb.

Sənaye və energetika nazirliyində Trend agentliyinə bildirilib ki, xüsusilə avadanlığın alınması üzrə işlər aparılır, tender sənədləşdirilməsi hazırlanır.

Layihə "2005-2015-ci illərdə Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət proqramı"nda öz əksini tapıb.

Xüsusilə "Günəşli"də qazlift sisteminin müasirləşdirilməsi, aşağı təzyiqli qazın yığılması sisteminin yenidən qurulması və onun sahilə nəqli, yüksək təzyiqli qazın "Neft Daşları"na nəqli üçün qaz xətlərinin çəkilməsi,DDÖ elektrik enerjisinin təmin edilməsi sisteminin müasirləşdirilməsi nəzərdə tutulur.Bu işlərin gerçəkləşdirilməsi 2005-2007-ci illərdə nəzərdə tutulur.

Nazirlikdə qeyd olunub ki, hazırda DDÖ -2 və DDÖ -9 - DDÖ -4 və DDÖ -6 arasında boru kəmərlərinin çəkilməsinə başlanılıb.İlin sonunadək işlərin başa çatdırılması planlaşdırılır.

Yaponiyanın Japan Oil Engineering Co şirkəti səmt qazından məqsədyönlü istifadə üzrə ARDNŞ-ə konsultativ xidmətlər göstərir.Şirkət təbii qaz itkisinin qarşısının alınması, elektrik stansiyalarında onun daha qənaətlə və səmərəli istifadəsi üçün tədqiqatlar aparır.Şirkət Dövlət neft şirkətinə müvafiq texniki-iqtisadi layihələr hazırlayacaq və təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti