...

DAWF İKİ YENİ ÜZV QƏBUL EDİB

Energetika Materials 21 İyul 2005 19:00 (UTC +04:00)

Almaniya -Azərbaycan İqtisadi Yardım Birliyi (DAWF) öz üzvlərinin növbəti iclasını keçirib. DAWF -ın icraçı direktoru Elnur Qurbanovun Trend ə verdiyi məlumata görə, iclasın gedişində Birliyin tərkibinə 2 yeni üzv - Avstriyanın Ropla və Azərbaycan-Türkiyə Azrturgaz şirkətləri daxil olub. Beləliklə, Birliyin üzvlərinin sayı 49-a çatıb.

Azrturgaz Birgə Müəssisəsi (BM) bu gün respublika daxilində maye qazın reallaşdırılması ilə məşğul olur. Şirkət "Azərbaycan Qaz Emalı" Səhmdar Cəmiyyətindən (Azərbaycan qaz emalı zavodu) alır.

Toplantının gedişində Direktorlar Şurasına Almaniya Texniki Yardım Cəmiyyətinin (GTZ) iqtisadçısı Florian Şrederi beşinci üzv qəbul edib. Əvvəllər bu vəzifəni Almanyia-Azərbaycan Fondunun meneceri Yorq Toymer icra edirdi. Lakin indi o, Vyetnama ezam olunub.

İclasda son iki ay ərzində yerinə yetirilən işlərin, eləcə də Almaniyada 2005-ci il 31 may və iyunun 1-də Azərbaycan üzrə investisiya konfransının keçirilməsi ilə bağlı hesabat dinlənilib.

Xəbər lenti

Xəbər lenti