...

DÜBƏNDİ TERMİNALINDAKI ÜÇÜNCÜ ESTAKADA DEKABRDA TƏHVİL VERİLƏCƏK

Energetika Materials 22 İyul 2005 14:00 (UTC +04:00)

Dübəndi terminalındakı üçüncü estekada cari ilin dekabr ayınadək istismara verilə bilər Bu barədə Trend ə Dübəndi terminalının Azərbaycandakı neftetreyderi və operatoru Middle East Petroleum şirkətindən məlumat veriblər.

Hazırda eyni vaxtda 36 vapqonu neft və neft məhsullarını yükləməyə və boşaltmağa imkan verən bu estakadaların tikintisi davam edir. Şirkətdən bildiriblər ki, "bu estakadaların tikintisi bizə hər sutka ərzində 3035-min ton neft və neft məhsulları yorla salmağa imkan verəcək".

Middle East Petroleum şirkətindən bildiriblər ki, hazırda terminalda 2 estakadadan istifadə edilir. Onlardan biri sütka 34 vaqona neyt məhsulları (benzin, dizel yanacağı, kerosin) yüklənməsi üçün istifadə olunur.

Neft və mazutun yüklənməsi üçün nəzərdə tutulan ikinci estakada sutka ərzində 42 vaqonun ykülənməsi üçün nəzərdə tutulub. Bu estakadaların köməyi ilə sutka ərzində 2025 min ton neft və neft məhsulları nəql olunur.

Xəbər lenti

Xəbər lenti