...

COPAL "HEYDƏR ƏLİYEV ADINA" QAZMA QURĞUSUNDAN İSTİFADƏ ÜZRƏ SAZİŞDƏN ÇIXIR

Energetika Materials 23 İyul 2005 14:10 (UTC +04:00)

"Abşeron" dəniz blokunun kəşfiyyatı üzrə Chevron Overseas Petroleum Azerbaijan Ltd. (COPAL) Əməliyyat şirkəti "Heydər Əliyev adına" (keçmiş LİDER) qurğunun istifadəsi üzrə sazişin tərəfdarlarını bu sazişdən çıxmaq barədə xəbərdar edib.Bu barədə Trend agentliyinə informasiya mənbələrindən məlum olub.

Bu saziş 2001-ci ilin fevralında Exxon Azerbaijan Operating Company (EAOC), COPAL və ARDNŞ arasında imzalanıb.Sazişə əsasən, EAOC və COPAL "Naxçıvan" (EAOC və ARDNŞ), "Zəfər-Məşəl" (EAOC, ConocoPhillips və ARDNŞ) və "Abşeron" (SOPAL, Total və ARDNŞ) bloklarının kəşfiyyatında layihələr çərçivəsində quyuların qazılması üzrə öz öhdəliklərinin icrası üçün Danimarkanın Maersk şirkətinə məxsus olan yeni YDQQ-nun tikintisində təxminən $150 mln. sərmayə qoymaq barədə razılığa gəlmişdilər.

Bununla EAOS 4 quyunun ("Naxçıvan" və "Zəfər-Məşəl" strukturlarında qazma üçün iki) qazması üzrə, hər birinin müddəti 219 gün, COPAL isə "Abşeron" blokunda 1 quyunun qazılması üzrə yenə də müddəti 219 gün olmaqla öhdəlik götürmüşdü. EAOC və COPAL quyuların qazılmasında Maersk şirkətinə daha təxminən $70 mln. ödəməli idi.

Amma hələ YDQQ-nun tikintisinin başa çatdırılmasınadək COPAL və ARDNŞ COPAL tərəfdən "Abşeron" blokunda müqavilə sahəsində kommersiya ehtiyatlarının olomaması səbəbindən ikinci quyunun qazılmasından imtinaya dair və COPAL tərəfdən ARDNŞ-ə $20 mln.məbləğində kompensasiyanın ödənilməsi barədə razılığa gəlmişdilər.Sonra COPAL -a məxsus 219 qazma günü saziş çərçivsəində Lukoil Overseas Operating Company - "Yalama" dəniz blokunun kəşfiyyatı üzrə əməliyyat şirkəti tərəfindən $20 mln. -a alındı.Bununla belə, sazişin şərtlərinə müvafiq olaraq, COPAL onun iştirakçısı olaraq qalmaqda və xüsusilə Lukoil Overseas Operating hər-hansı səbəbdən "Yalama" blokunda qazmadan imtina etdiyi və qazma günlərindən istifadə üzrə öhdəlikləri COPAL -a qaytardığı halda hüquqi vəzifələri davam etdirməkdə qalır.

"Heydər Əliyev adına" YDQQ 2003-cü ilin oktyabrında istismara buraxılıb və təxminən bir il "Zəfər-Məşəl" blokunda birinci kəşfiyyat quyusunu qazıb.Sonra təxminən 240 gün ərzində qurğu "Yalama" blokunda birinci kəşfiyyat quyusunu qazıb.

Tərəflərin rəsmi razılığından və təxminən$3,5 mln dəyərində qalan qazma avadanlığının Azərbaycan Neft Fonduna verilməsindən sonra COPAL və onun podratçısı Chevron Overseas Exploration Ltd. Ləğv ediləcək və beləliklə, Amerikanın Chevron koporasiyasının Azərbaycanda Xəzərin Azərbaycan sektorunda karbo-hidratların axtarışı üzrə uğursuz kəşfiyyat fəaliyyətinin həlledici yekunları aparılacaq.

Xəbər lenti

Xəbər lenti