...

ARDNŞ "KÜRSƏNGİ -QARABAĞLI" YATAĞINDA QUYUNUN QİYMƏTLƏNDİRİLMƏSİNİ BAŞA ÇATDIRIB

Energetika Materials 25 İyul 2005 18:27 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Salyan Oil əməliyyat şirkətinin "Kürsəngi-Qarabağlı" müqavilə sahəsindəki "Babazənən" yatağındakı quyunun qazılmasının yekunları üzrə məlumatların qiymətləndirliməsini başa çatdırıb.

50 %-lik payla layihənin iştirakçısı olan ARDNŞ-dən Trend ə verilən məlumata görə, Dövlət Neft Şirkəti kəşfiyyat quyusunda qazma işlərinin başa çatdığını və həqiqətən də zəruri təbəqənin əldə olunduğunu təsdiqləyib. Quyunun dərinliyi 4300 metr təşkil edir.

"Kürsəngi -Qarabağlı" yatağının ehtiyatları 100 milyon ton neft, neftçıxarma əmsalı isə 0,2-0,3 təşkil edir. Blokun potensial neft ehtiyatları 25 milyon ton xammal təşkil edir. Beləliklə, hazırda yatağın cəmi 20 %-i işlənib.

SOL -un podradçısı işləri öz iki şəxsi qurğusu vasitəsilə həyata keçirən Çinin Great Wall Drilling şirkətidir.

Xəbər lenti

Xəbər lenti