...

AZPETROL İKİ YENİ YDS AÇIB

Energetika Materials 26 İyul 2005 15:36 (UTC +04:00)
AZPETROL İKİ YENİ YDS AÇIB

Azərbaycanın Azpetrol neft şirkəti iyulun 26-da Gəncədə 2 yeni yanacaq-doldurma stansiyası (YDS) açıb. Trend agentliyi bildirir ki, bu, 60 yeni iş yerinin açılmasına imkan verəcək.YDS operatorunun orta əmək haqqı 860 min manat, növbə rəisinin - 1294 min manat, direktorun - 3250 min manat təşkil edir.

"Nizami" və "Büllur" YDS-nin açılışında Azpetrol şirkətinin başçısı Hüseynağa Rəhimov bəyan edib ki, bu yaxınlarda Masallı, Ağdaş, Ucar, Goramboy, HacıQabul, İsmayıllı, Biləsuvar, Abşeron rayonlarında daha 9 əlavə YDS-lər açılacaq və Azpetrol öz YDS-nin ümumi sayını 69-a çatdıracaq.

Xəbər lenti

Xəbər lenti