...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZIN TƏDARÜKÜNÜ DAYANDIRIB

Energetika Materials 27 İyul 2005 12:25 (UTC +04:00)

Bu gün gecə saat 01:30-da "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana qazın tədarükünün dayandırıb. Bu barədə Trend ə $60 məbləğində 1000 m3 yanacağın alıcısı olan AR DNŞ-də bildiriblər.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, qazın tədarükü iyulun 29-na kimi dayandırılacaq. Yanacağın tədarükünün dayandırılması Dağıstan ərazisində qaz kəmərinin təmiri ilə əlaqələndirilir.

Yanvar-iyun aylarında Azərbaycan "Qazeksport" MMC-dən 2,6 mlrd m3 qaz alıb ki, bu da 2004-cü ilin birinci yarısında tədarük olunmuş qazdan 99 mln m3 azdır. İyun ayında Azərbaycana 367,1 mln m3 qaz tədarük olunub, bu isə 2004-cü ilin iyun ayında idxal olunmuş qazdan 71,1 mln m3 azdır.

Cari ildə AR DNŞ "Qazeksport" MMC-dən 6 mlrd m3 qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məhəmməd boru kəməri vasitəsilə verilir.

Xəbər lenti

Xəbər lenti