...

BARMEK AZERBAİJAN BAKIDA MÜXTƏLİF GƏRGİNLİKLİ ŞƏBƏKƏLƏRİN MÖVCUDLUĞUNU İQTİSADİ CƏHƏTDƏN FAYDASIZ HESAB EDİR

Energetika Materials 27 İyul 2005 16:25 (UTC +04:00)

Barmek Azerbaijan Bakıda müxtəlif gərginlikli elektrik şəbəkələrinin mövcudluğunun iqtisadi cəhətdən məqsədyönlü olmadığını hesab edir. Bu barədə Trend ə şirkətdə bildirilib.

Bu elektrik şəbəkələrinin texniki parametrləri müasir tələblərə cavab vermir. "Bakıda müxtəlif vaxtlarda 110-35-20-10-6-0,4 kV gücündə şəbəkələr qurulub və onların davamlılığı və iqtisadi göstəriciləri nəzərə alınmayıb", - deyə şirkətdə qeyd ediblər.

Barmek Azerbaijan əsasən qeydiyyat aparılarkən bu şəbəkələrin çətinlik törətdiklərindən narazıdır.

Buna görə də yeni, müasir elektrik şəbəkələrinin tikintisi, mövcud şəbəkələrin bərpası, 35 kV gücündə şəbəkələrin qurulması, həmçinin 110 kV gücündə yarımstansiya tikməklə yuxarıda qeyd olunan problemlərin həlli şirkətin strategiyasının əsas istiqamətləridir.

Xəbər lenti

Xəbər lenti