...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ "TRANSNEFT"LƏ NEFTİN NOVOROSSİYSK KƏMƏRİ İLƏ İXRACINA DAİR DANIŞIQLAR APARIR

Energetika Materials 28 İyul 2005 12:00 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" şirkəti ilə 2005-ci ilin III rübündə neftin Bakı-Novorossiysk boru kəməri ilə ixracına dair danışıqlar aparır.

ABƏŞ rəhbəri Devid Vudvordun jurnalistlərə bildirdiyinə görə, "Transneft" azərbaycan neftinin müəyyən həcminin nəqli ilə bağlı ərizəni qəbul etsə də, sonda qabaqcadan razılaşdırılmış həcmi avqust ayında qəbul edə bilməyəcəyi barədə bildirib.

"Hazırda bununla əlaqədar "Transneft"lə danışıqlar aparılır", - deyə D.Vudvord bildirib.

Azərbaycan 2005-ci ilin III rübündə 1,15 mln ton, iyulda - 330 min ton, avqust və sentyabrda isə 410 ton neftin nəqli ilə bağlı ərizə verib. Lakin "Transneft" bildirib ki, o, avqust və sentyabr aylarında yalnız 388 min ton neft qəbul edə biləcək.

Xəbər lenti

Xəbər lenti