...

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI LUKOYLLA AZƏRBAYCAN LAYİHƏLƏRİ ÜZRƏ KREDİT RAZILAŞMASI İMZALAYIB

Energetika Materials 28 İyul 2005 14:32 (UTC +04:00)

Bu gün Moskvada Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Lukoil Overseas Holding Limited arasında "Şahdəniz" qaz kondensat yatağının işlənməsi üzrə layihə çərçivəsində xərclərin maliyyə payı üzrə kredit razılaşması imzalanıb. Bu barədə Trend ə şirkətə yaxın olan mənbələrdən məlum olub. Kreditin ölçüsü 110 milyon dollar təşkil edir.

AYİB həmçinin Lukoil Overseas-a "Şahdəniz" qazının Gürcüstana və Türkiyəyə ixrac olunması üçün Cənubi Qafqaz boru kəmərinin (SCP) tikintisi çərçivəsində 70 milyon dollarlıq istiqraz təqdim edib.

AYİB-in məlumatına görə, "Şahdəniz" üzrə "Mərhələ-1" layihəsi 2,777 milyard dollar edir və LUKOIL bu vəsaitin 277,7 milyon dollarını ödəməlidir. SCP ilə ilk qaz Türkiyəyə 2006-cı ilin qışına kimi ixrac olunacağı ehtimal edilir. "Şahdəniz" layihəsi üzrə tərəfdaşları artıq Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri ilə "alqı-satqı barədə" bir sıra razılaşmalar imzalayıblar.

Xəbər lenti

Xəbər lenti