...

"ŞAHDƏNİZ" LAYİHƏSİNİN "MƏRHƏLƏ-1" ÜZRƏ İŞLƏR 63% YERİNƏ YETİRİLİB

Energetika Materials 28 İyul 2005 16:10 (UTC +04:00)
"ŞAHDƏNİZ" LAYİHƏSİNİN "MƏRHƏLƏ-1" ÜZRƏ İŞLƏR 63% YERİNƏ YETİRİLİB

"Şahdəniz" layihəsinin "Mərhələ-1" üzrə tikinti işləri hazırda ümumilikdə 63% yerinə yetirilib. Layihəyə rəhbərlik edən BP şirkətinin press-relizində deyilir ki, "Şahdəniz"in işlənib-hazırlanmasının yerinə yetirilməsi qrafikə müvafiq olaraq davam etdirilir.2006-cı ilin qışınadək ilk qazın bazara çıxarılmasına nail olmaq üçündür.

Birinci yarımildə "Şahdəniz" üzrə ümumi kapital xərcləri $588 mln. təşkil edib.İlin sonunadək 2005-ci ilə planlaşdırılmış $1,269 mlrd. müqayisədə $1,318 mlrd. xərclənməsi nəzərdə tutulur.

Bu, layihənin dəyərinin, eləcə də tikinti sahəsinin müasirləşdirilməsi və valyuta məzənnəsi kursunun dəyişməsinə xərclərin artırılması ilə bağlıdır.Layihə üzrə ümumi smeta xərcləri dəyişməz qalıb.

Sənəddə qeyd edilir ki, indi avqustda 4-cü öncəqazma quyusunda qazmanın başlaması üzrə hazırlıq işləri gedir.Beləliklə, quyu 2006-cı ildə "Şahdəniz" ilə yanacaq tədarükünə başlanmasından sonra ilk üç il ərzində təxminən 3 mlrd. m3 qazın əlavə satışı üzrə Azərbaycan hökuməti ilə sazişin şərtlərinin yerinə yetirilməsinə imkan verilməsi üçün nəzərdə tutulub.4-cü öncəqazma quyusundan sonra layihə çərçivsəində gələn ilin əvvəlində daha bir qiymətləndirmə quyusunun qazılması planlaşdırılır.

Press-relizdə Cənubi Qafqaz (SCP) boru kəmərinin tikintisinə toxunularaq deyilir ki, işlər təxminən 70% yerinə yetirilib.

İyunun 15-də Azərbaycanda Kür çayının qərb istiqamətində mikrotunelləşdirmə yolu ilə boruların çəkilməsi başa çatdırılıb.Türkiyədə obyektlər 72%, Gürcüstanda isə 56% başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti