...

NOYABRDA LUKOIL D-222 BLOKUNDA İKİNCİ KƏŞFİYYAT QUYUSUNUN YERİNİ MÜƏYYƏN EDƏCƏK

Energetika Materials 29 İyul 2005 13:08 (UTC +04:00)

Rusiyanın LUKOIL şirkəti bu ilin noyabrında Xəzərin Azərbaycan sektorundakı dərin sulu D-222 ("Yalama") blokunda ikinci kəşfiyyat quyusunun qazılmasının mümükünlüyünü müəyyən edəcək. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Bu layihənin iştirakçısı olan Dövlət Neft Şirkətindən Trend ə bildiriblər ki, payızda "Yalama" aksionerlərinin iclasının keçirilməsi gözlənilir ki, burada LUKOIL layihənin gələcək inkişafı ilə bağlı öz fikirlərini təqdim edəcək. "Aksionerləri bu cür iclasları PSA müqaviləsində yazıldığı kimi ildə iki dəfə keçirilir", - deyə ARDNŞ-dən bildiriblər. Ehtimal olunur ki, LUKOIL ikinci quyunun strukturu və onun qazılacağı yer barədə məlumat verəcək.

Qeyd edək ki, LUKOIL "Yalama"da birinci kəşfiyyat quyusunun qazıntısı zamanı iqtisadi baxımdan cəlbedici karbohidrogen ehtiyatları aşkar etməmişdi. Quyu "Heyədr Əliyev adına" (keçmiş LIDER) üzən qazma qurğusu vasitəsilə qazılmışdı və onun layihə dərinliyi 4500 metr olub. Perspektivli Azərbaycan bloku D-222 -də kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə ARDNŞ-lə LUKOIL arasında müqavilə 1997-ci il iyulun 3-də imzalanıb.

Xəbər lenti

Xəbər lenti