...

BU GÜN RUSİYADAN QAZ İDXALININ BƏRPASI GÖZLƏNİLİR

Energetika Materials 29 İyul 2005 14:16 (UTC +04:00)

İyulun 29-da saat 00:00-da Rusiyadan Azərbaycana qaz idxalının bərpa olunacağı gözlənilir. Bu barədə Trend ə Azəriqaz QSC-dən xəbər verilib. İdxal olunacaq qazın həcmi sutkada 14 mln m3 təşkil edəcək. Qazın idxalı iyulun 26-dan iyulun 29-na kimi "Qazeksport" MMC-nin ("Qazprom"MMC-nin törəmə strukturu) müraciətinə əsasən dayandırılmışdı. Tədarükün dayandırılmasının əsas səbəbi Dabıstan ərazisində qaz kəmərinin təmiri ilə bağlıdır. "Qazeksport" hər gün Azərbaycana 14 mln m3 yanacaq tədarük edirdi.

Azəriqaz QSC-də qeyd ediblər ki, cari ildə qaz kəmərlərində heç bir əlavə profilaktik işlər planlaşdırılmayıb, lakin bu Rüsiya tərəfindən asılı olacaq.

Yanvar-iyun aylarında Azərbaycan "Qazeksport"dan 2,6 mlrd m3 qaz alıb ki, bu da 2004-cü ilin birinci yarısında tədarük olunmuş qazdan 99 mln m3 azdır. Cari ildə AR DNŞ "Qazeksport"dan 6 mlrd m3 qaz almağı planlaşdırır. Ölkəyə təbii qaz Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir. 1000 m3 qazın dəyəri $60 təşkil edir.

Xəbər lenti

Xəbər lenti