...

AZƏRBAYCAN NEFTİNİN NOVOROSSİYSK LİMANINDAN YÜKLƏNMƏ QRAFİKİ TƏSDİQ OLUNUB

Energetika Materials 29 İyul 2005 16:20 (UTC +04:00)

Rusyanın "Transneft" şirkəti "şimal" marşrutu ilə göndərilən Azərbaycan neftinin Novorossiysk limanından yüklənməsi qrafikini təsdiq edib. Limana yaxın mənbələrdən Trend ə verilən məlumata görə, avqustda Azərbaycana 388 min ton neft göndəriləcək, əvvəllər isə 410 min ton neftin göndərilməsi planlaşdırılmışdı.

Qrafikdə qeyd olunur ki, avqustun 29-30-da 142 min ton neft tankeri Novorossiysk limanının N1 körpüsündən yüklənəcək. Avqustun 7-8, 14-15, 21-22-də isə N2 körpüsündən 82 min ton neft göndəriləcək.

AR DNŞ tenderdə İsveçrənin Sun Oil şirkətinə hər birində 82 min ton neftin olduğu iki tanker satıb və neftin avqustun 14-15 və 21-22-də göndəriləcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti