...

AVQUSTDA NEFT FONDUNUN BAŞÇISI QAZAXISTANA GEDƏCƏK

Energetika Materials 29 İyul 2005 16:23 (UTC +04:00)

Cari ilin avqustunda Azərbaycan Dövlət neft fondunun (ARDNF) icraçı direktoru Samir Şərifov Qazaxıstana gedəcək. ARDNF-də Trend agentliyinə bildirilib ki, səfərin tarixi dəqiqləşdirilir və səfər təxminən ayın ikinci ongünlüyünün sonunda baş tutacaq.

Səfər hasil edilən sənayedə şəffaflığın Təşəbbüsləri (EITI) prinsiplərinin gerçəkləşdirilməsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olan Qazaxıstanın energetika nazirliyinin dəvəti ilə həyata keçiriləcək.

Bundan öncə, S.Şərifov qeyd edib ki, ölkənin həmin təcrübəsinin öyrənilməsində Afrika ölkələri də maraqlıdır.

Xəbər lenti

Xəbər lenti