...

AZNEFTKIMYAMAS TƏDRİS MƏRKƏZİ 100 NƏFƏR ADAMI İŞLƏ TƏMİN EDİB

Energetika Materials 30 İyul 2005 12:10 (UTC +04:00)

Azneftkimyamas ASC tərəfindən 100 nəfərdən artıq adama sertifikat verilib və onlar işlə təmin olunublar. Tədris mərkəzinin direktoru Cabir Həsənovun Trend ə verdiyi məlumata görə, indiyə kimi 45 nəfər beynəlxalq dərəcəli sertifikat alıb.

Müəssisə rəhbərinin sözlərinə görə, bu dövr ərzində 68 fəhlə mərkəzdə kurs keçib və onlara da sertifikat verilib. Bütövlükdə cari ildə ASC 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq 200 yeni iş yeri açmağı planlaşdırır.

2004-cü ilin aprelində yaradılmış tədris mərkəzində metrologiya, metalın texnologiyası, AutoCad proqramları və s. üzrə kurslar keçirilir. Təlim müddəti 3 aydır. Təhsildə daha yaxşı nəticə əldə edənlərə sertifikat verilir və təşkilatın müəssisələrində işlə təmin olunurlar.

Xəbər lenti

Xəbər lenti