...

BAYVA ŞİRKƏTİ LƏNKƏRANDA 110/35/10 KİLOVOLTLUQ YARIMSTANSİYALAR TİKİR

Energetika Materials 30 İyul 2005 13:47 (UTC +04:00)

Bayva-Qərbenerji və Bayva-Cənubenerji enerji paylayıcı şəbəkələrinin operatoru olan Bayva-Enerji Lənkəranda 110/35/10 kilovoltluq yarmıstansiyalar tikir. Bu barədə Trend ə Bayva-Enerjinin mətbuatla əlaqələr şöbəsinin rəisi Tahir Əlizadə bildirib.

Onun sözlərinə görə, yarımstansiyanın istismara verilməsi cari ilin sonuna nəzərdə tutulub. "Bundan başqa Ağcabədi və Lerik rayonlarında 35/10 kilovoltluq yarımstansiyarın tikintisinə başlanılıb", - deyə o qeyd edib.

Tovuz, Cəlilabad, Sabirabad, Ağcabədi, Saatlı və Ağdaş rayonlarında 122 MBA gücündə 110/35/10 və 110/10 kV-luq yeni yarımstansiyalar tikilib.

Xəbər lenti

Xəbər lenti