...

NMR-NİN QAZLA TƏMİN EDİLMƏSİ ÜÇÜN OPERATOR OFİSLƏRİNİN TİKİNTİSİ BAŞA ÇATDIRILIR

Energetika Materials 30 İyul 2005 14:55 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının (NMR) təbii qazla təmin edilməsi çərçivəsində Naxçıvan, Camaldın və Babəkdə (Güznüt) operator ofislərinin tikintisi başa çatdırılır.Bu barədə Trend agentliyinə Azəriqaz QSC-də bildirilib.

"Hazırda binaların tikintisi başa çatdırılır və çox yaxın vaxtlarda avadanlığın quraşdırılmasına başlanılacaq.İşləri Azərbaycanın Qaradağ təmir-tikinti şirkəti həyata keçirir" -deyə QSC-də bildirilib.

Şirkət Ordubad, Şahbuz, Şərur, Cəhri və Qabulluda qazpaylayıcı şəbəkələrin sökülməsi işlərini həyata keçirir və bunların yerində operator ofisləri tikəcək.Şirkət bu işləri 1 925 761 172 manat dəyərində (ƏDV-siz) ($410 min) gerçəkləşdirir.

Xəbər lenti

Xəbər lenti