...

ARDNŞ YANVAR-İYULDA NEFT HASİLATINI AZALDIB

Energetika Materials 3 Avqust 2005 14:56 (UTC +04:00)

Yanvar-iyulda ARDNŞ quru və dənizdəki yataqlarda 5230 min ton neft hasil edib ki, bu da 2004-cü ilin yanvar-iyul aylarından 1,2 min ton azdır. ARDNŞ-də Trend agentliyinə bildirilib ki, şirkətin dənizdə və qurudakı NQÇİ-i bu dövr ərzində ümumilikdə 4668,9 min ton neft hasil edib ki, bu da 2004-cü ilin müvafiq dövründən 28,8 min ton (yaxud 0,6%) azdır.

2005-ci ilin yanvar-iyulunda ARDNŞ-nin iştirakı ilə quru yataqlarında karbo-hidrat hasilatı ilə məşğul olan müştərək müəssisələr (MM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində xarici şirkətlər 561,1 min ton neft hasil edib ki, bu da 2004-cü ilin anoloji dövründən 27,6 min ton (yaxud 5,2%) çoxdur.

2005-ci ilin yanvar-iyulunda Azərbaycanda ümumi qaz hasilatı 3053,6 mln. m3 təşkil edib ki, bu da 2004-cü ilin anoloji dövründən 156,9 mln. m3 (yaxud 5,4%) çoxdur. Bununla ARDNŞ-nin NQÇİ-nin payına 2222,7 mln. m3 qaz düşür ki, bu da 2004-cü ilin müvafiq dövründən 35,2 mln. m3 azdır. MM və ƏŞ bu dövrdə 61,2 mln. m3 qaz hasil edib ki, bu da 2004-cü ilin yanvar-iyulundan 14,4 mln. m3 azdır. ABƏŞ yanvar-iyulda 769,7 mln. m3 səmt qazı hasil edib ki, bu da 2004-cü ilin anoloji dövrü ilə müqayisədə 206,5 mln. m3 çoxdur.

Azərbaycanda 2005-ci ilin yanvar-iyulunda neft-qaz hasilatının cədvəli aşağıdakı qaydada olub:

Neft

(min ton)

2005-ci il iyul

2005-ci il yanıvar-iyul

2004-cü il yanvar-iyul

Fakt

plan

fakt

%

Fakt

%

Cəmi

758

5083

5230

102,9

5231,2

100

NQÇİ

676,5

4618,9

4668,9

101,1

4697,7

99,4

MM və PSA

81,5

464,1

561,1

120,9

533,5

105,2

Qaz

(mln. M3)

Cəmi

486,6

2868,7

3053,6

106,4

2896,7

105,4

ARDNŞ

329,8

2265,2

2283,9

100,8

2333,5

97,9

NQÇİ

322,7

2213

2222,7

100,4

2257,9

98,4

MM və PSA

7,1

52,2

61,2

117,2

75,6

81

ABƏŞ

156,8

603,5

769,7

127,5

563,2

136,7

Xəbər lenti

Xəbər lenti