...

QAZAXISTANIN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMASINA DAİR SAZİŞ 2005-Cİ İLİN OKTYABRINDA İMZALANACAQ

Energetika Materials 4 Avqust 2005 12:00 (UTC +04:00)

(Qafqaz-Press) - Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmasına dair hökumətlərarası saziş 2005-ci ilin oktyabrında imzalanacaq. Bu barədə energetika və mineral sərvətlər naziri Vladimir Şkolnik Aktauda keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, Aktau-Bakı sahəsi müstəqil hissə kimi fəaliyyət göstərəcək. Aktau-Bakı sisteminin yaradılması üçün neftin Kurıkada (Aktaudan 76 km cənub-şərqdə liman) saxlanılması və yüklənib-boşaldılması məqsədilə yeni terminalın, həmçinin birləşdirici boru kəmərlərinin inşası nəzərdə tutulur. Bunun üçün daşınan körpülər tikiləcək.

Sistem ildə 30 mln ton neftin yükləməsini və boşalılmasını həyata keçirə bilər. Birinci mərhələdə 7,5 mln ton neft daşınacaq. İnvestisiyaların həcmi hökumətlərarası sazişin imzalanmasından sonra müəyyən ediləcək.

BTC boru kəmərinin uzunluğu 1767 km-dir. Onun 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. O, ildə 50 mln ton neft daşıma qabiliyyətinə malikdir. BTC boru kəmərinin səhmdarları BP (iştirak payının 30,1%-i), AR DNŞ (25%), Unocal (8,9%), Statoil (8,71%), TRAO (6,53%), İtochu (3,4%), Amerada Hess (2,36%), ENİ (5%), ConocoPhillirs (2,5%), Inrex (2,5%), Total (5%) şirkətləridir. ENI, ConocoPhillips, Inpex i Total şirkətləri Kaşaqan yatağının işlənib hazırlanmasına dair müqavilədə iştirak edir.

Xəbər lenti

Xəbər lenti