...

ABƏŞ "ÇIRAQ" YATAĞINDA HASİLAT QUYUSUNNUN QAZINTISINA BAŞLAYIB

Energetika Materials 5 Avqust 2005 11:36 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Çıraq" yatağında növbəti hasilat quyusunun qazıntısına başlayıb. ABƏŞ-dən Trend ə bildirildiyi kimi, "Çıraq-1" platformasından qazılan A-20 quyusunun layihə dərinliyi 4 400 metrdir. Qazıntı işləriniə təxminən 90 gün tələb olunur.

ABƏŞ-də onu da qeyd ediblər ki, şirkət qazıntı başa çatdıqdan sonra quyuda süzgəc quraşdırmaq niyyətindədir. Hazırda "Çıraq-1" platformasından 19 quyu qazılıb, onlardan 11-i fəaliyyət göstərən hasilat quyuları, 5-i isə fəaliyyət göstərən su vuran quyularıdır. Qalan 3 quyu isə hələlik işləmir.

Həmçinin 2005-ci il ərzində "Çıraq" yatağından günlük orta neft hasilatının 134 min bareli keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti