...

ƏLİ BAYRAMLI YÜKSƏK VOLTLU ELEKTRİK ŞƏBƏKƏSİNDƏ QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ GEDİR

Energetika Materials 5 Avqust 2005 12:05 (UTC +04:00)

Əli-Bayramlı yüksək voltlu elektrik şəbəkəsində (YVEŞ) qışa hazırlıq işləri gedir. Azərenerjinin mətbuat xidmətindən strukturun direktoru Əlirza Səmədova istinadən Trend ə bildirildiyi kimi, bu məqsədlə yanvar-iyun aylarında YVEŞ briqadaları tərəfindən elektrik ötürücü xətlərinin 204,3 km-də təmir işləri aparılıb.

Onun sözlərinə görə, struktur uzunluğu 1693,28 km olan EÖX və 1619 MBA gücündə yarımstansiyaya xidmət edir.

"Əsas məqsəd işlərin vaxtında görülməsi və "Kürdəmir", "Sabirabad", "Salyan", "Ələt", "Masallı" və digər yarımstannsiyaların sabit fəaliyyətinin təmin olunmasıdır", - deyə Ə.Səmədov bildirib. Bunun üçün dirəklər və 500 kV-luq 2-ci Abşeron EÖX-də zədələnmiş kabel əsaslı təmir olunub. Həmçinin sıradan çıxmış dirəklər də bərpa olunub.

"230 kV-luq Parsabad EÖX-də 65 yararsız izolyator dəyişdirilib. Masallı elektrik ötürücü xəttində oğurlanmış detalların əvəzinə isə yeniləri quraşdırılıb", - deyə YVEŞ-nin rəhbəri qeyd edib.

Bundan başqa analoji işlər "Cənub" stansiyasının xidmət etdiyi EÖX-də də yerinə yetirilb. Bütövlükdə Əli Bayramlı YVEŞ tərəfindən 2505 izolyator, 420 armatur dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti