...

"KOROĞLU" YARIMSTANSİYASININ ÜMUMİ GÜCÜ 50 MVA TƏŞKİL EDƏCƏK

Energetika Materials 8 Avqust 2005 17:19 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən "Koroğlu" yarımstansiyasının ümumi gücü 50 MVA -dək çatdırılacaq ki, bu da onun fəaliyyətinin etibarlı və sabitliyinə gətirib çıxaracaq.

Azərenerji mətbuat xidmətində energetika idarəsinin rəisi Yasin Səfərova istinadən Trend agentliyinə bildirilib ki, bu, İranın 25 MVA gücündə Iran Transfo - yeni tranformatorun yarımstansiyada quraşdırılmasından sonra mümkün olacaq.

Yasin Səfərovun sözlərinə görə, yarımstansiyada təmir edilmiş bu aqreqat burada işləyən 10 MVA gücündə olan transformatorlardan birini əvəz edəcək. "Nəticədə yarımstansiyada yenə də iki transformator qoşulacaq.Amma indi hər biri 25 MVA gücündə olacaq" -deyə idarə rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti