...

2004-CÜ İL ÜÇÜN EITI ÜZRƏ AUDİTƏ YEKUN VURULUB

Energetika Materials 9 Avqust 2005 16:10 (UTC +04:00)
2004-CÜ İL ÜÇÜN EITI ÜZRƏ AUDİTƏ YEKUN VURULUB

Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə auditə yekun vurulub. Azərbaycan Dövlət Neft Fondundan (ADNF) Trend ə verilən məlumata görə, auditi beynəlxalq Deloitte auditorları həyata keçirib.

Hesabata görə, xarici şirkətlərin hasilatda dövlət payı natura ifadəsində 6,7 milyon barel neft və 1050 milyon kubmetr qaz təşkil edib.

Xarici şirkətlər imzalanma bonusları və digər bonuslar üzrə 21,6 milyon, tranzit haqq üzrə 12,2 milyon, akrhesab ödənişlər üzrə 8,8 milyon, müqavilə şərtlərinə əməl olunmamasına görə 3,8 milyon dollar ödəyiblər. Ödəmələrin ümumi həcmi 46,4 milyon dollar təşkil edib.

Dövlət şirkətlərindən 1961,2 milyard manat royalti (mədən vergisi), 33,7 milyard manat gəlir vergisi, digər vergilər (fiziki şəxslərin gəlir vergisi, sosial və ödəmə mənbəyindən tutulan vergilər) 820,3 milyard manat təşkil edib. Ödəmələrin ümumi həcmi 3115,2 milyard manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti