...

TÜRKİYƏ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN İNŞASININ GECİKDİRİLMƏSİNƏ GÖRƏ CƏRİMƏ ÖDƏMƏYƏCƏK

Energetika Materials 10 Avqust 2005 12:19 (UTC +04:00)

Trend in Türkiyənin "Zaman" qəzetinə istinadən bildirdiyinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinnin tikintisinin gecikdirilməsinə görə cərimə ödəməyəcək.

Ankara hökumət mənbələrinin bildirdiyinə görə, BTC neft kəmərinin Türkiyəyə məxsus hissəsinin inşasının gecikdirilməsi beynəlxalq konsorsiumun iştirakçıları tərəfindən anlaşma ilə qarşılanır və bu aspektdə Türkiyəyə qarşı heç bir sanksiya irəli sürülməyəcək.

Sazişə əsasən, Türkiyə BTC layihəsinin həyata keçirilməsi üzrə gecikdirilən hər günə görə konsorsiumun iştirakçılarına 500 min dollar ödəməyi öhdəsinə götürmüşdü. Gecikdirmənin ümumi müddəti isə 240 gündən artıq olmamalıdır.

Məlumatda o da qeyd olunur ki, Türkiyə hissəsində (1774 km-in 1076 km-i) borunun inşası üzrə işlərin 97,5%-i başa çatıb, oktyabrın əvvəllərində isə Azərbaycan nefti Gürcüstan-Türkiyə ərazisinə nəql ediləcək. Ceyhan limanında neftin yüklənilməsi üzrə işlər də başa çatmaq üzrədir.

Türkiyəyə neft kəmərinin çəkildiyi ərazinin icarəsinə görə hər il haqq ödəniləcək. Lakin onun məbləği açıqlanmır.

Xəbər lenti

Xəbər lenti