...

GÜRCÜSTAN GƏLƏN İLDƏN BTC BORU KƏMƏRİ İLƏ NEFTİN NƏQLİNDƏN CİDDİ GƏLİRLƏR GÖZLƏYİR

Energetika Materials 10 Avqust 2005 17:00 (UTC +04:00)

(Kavkaz-Press) - Gürcüstanın baş naziri Zurab Noqaideli gələn il BTC neft boru kəmərinin işə başlaması ilə əlaqədar ciddi gəlirlər nəzərdə tutur.

Hökumətin bugünkü iclasında Noqaideli Azərbaycan neftinin Gürcüstan sərhədinədək gəlməsini həm ölkə, həm də bütün region üçün "böyük nailiyyət" və "mühüm hadisə" adlandırıb.

Onun sözlərinə görə, sentyabrda boru kəmərinin Gürcüstan sahəsinin rəsmi inauqurasiyası keçiriləcək. Noqaideli hesab edir ki, BTC layihəsinin gerçəkləşdirilməsi həm də dünən rekord - bir barel 62 dollara çatmış neftin dünyadakı qiymətinin sabitləşməsinə təsir edəcək.Amma ekspertlər hesab edir ki, ilin sonunadək qiymət 100 dollara çatacaq.

Xəbər lenti

Xəbər lenti