...

GÜRCÜSTAN "ŞAH DƏNİZ" YATAĞINDAN QAZIN TRANZİTİNƏ GÖRƏ ÖZ PAYINI ARTIRMAQ İSTƏYİR

Energetika Materials 10 Avqust 2005 20:39 (UTC +04:00)

(Kavkaz-Press) - Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin işə başlaması Gürcüstanın qaz təchizatı problemini həll etməyəcək.Hökumətin bu gün keçirilən iclasından sonra Gürcüstanın energetika naziri Nika Qilauri deyib ki, Gürcüstanın ərazisi vasitəsilə yanacağın nəqlinə görə qazın qalacaq həcmi ölkənin tələbatının tamamilə təmin edilməsi üçün kifayət deyil.

Onun sözlərinə görə, nəql olunan qazın cəmi 5%-i Gürcüstana qalır və daha 5%-i ölkə güzəştli qiymətə bir kubmetr üçün 55 dollara ala bilər. Qilauri qeyd edib ki, təbii qazın ən böyük həcmi - 850 mln. kub.m Gürcüstan yalnız 2011-ci ildə ala bilər, amma artıq indi ölkənin illik tələbatları 1,2 mln. kubmetr təşkil edir.

"Biz indi Azərbaycan tərəfi ilə Gürcüstanın tranzit qaza görə payının artırılması barədə danışıqlar aparırıq" -deyə Qilauri bildirib.

Xəbər lenti

Xəbər lenti