...

BEYNƏLXALQ VALYUTA FONDUNUN MİSSİYASI BAKIYA GƏLİR

Energetika Materials 11 Avqust 2005 12:54 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası avqustun 16-dan 26-na kimi Azərbaycanda vergi sisiteminin təkmilləşdirilməsinə texniki yardım məqsədilə Bakıda olacaq. BVF-nun Bakı nümayəndəliyindən Trend ə bildiriblər ki, Tomas Dalfhaardın başçılıq etidiyi BVF-nun texniki missiyası Azərbaycan hökumətinə ARDNŞ-də vergiqoyma üzrə məsləhətlər verəcək. Bununla əlaqədar, onun üzvlərindən 3-ü ARDNŞ-ə, Dövlət Neft Fonduna, İqtisadi İnkişaf, Vergilər və Maliyyə Nazirliklərinə baş çəkəcək. Eyni zamanda, missiya maliyyə nazirinin müavini Azər Bayramovla da görüşəcək.

2005-ci ildən ARDNŞ vergilərin hökumət proqnozları əsasında ödənilməsindən faktiki əlavə edilmə əsasında ödənilməsinə keçib. Maliyyə Nazirliyi bundan sonra ARDNŞ tərəfindən vergilərin ödənilməsinin daha da təkmilləşdirilməsini hazırlayır.

Eyni zamanda, ARDNŞ tərəfindən iqtisadiyyata əlavə maddi yardımların verilməsi (şirkətin təbii qazın ixracına görə haqq ödəməsi və Azerenerji və Azeriqaz səhmdar cəmiyyətlərinə xammal satışını ödəməsi üzrə maliyyə yardımının göstərilməsi) təcrübəsi də nəzərdən keçirilir. 2006-cı ildən ARDNŞ ölkədən ixrac olunan qaza görə ödəmələrdən azad oluna bilər. Hökumətin bütün fəaliyyəti ARDNŞ-in kommersiyalaşdırma layihəsi üzrə işlərlə razılaşdırılıb ki, bu da Avropa Yenidənqurma və İnkişaf Bankının zəmanəti hesabına Salans şirkəti tərəfindən reallaşdırılır.

Maliyyə Nazirliyində belə hesab edirlər ki, ARDNŞ maliyyə intizamını və vergilərin ödənməsi təcrübəsini yaxşılaşdırmalıdır.

Xəbər lenti

Xəbər lenti